Davudov Davud Rasim oğlu-MÜLKİYYƏT HÜQUQUNA MÜNASİBƏTDƏ “MÜDAFİƏ” VƏ “MEXANİZM” KATEQORİYALARININ KONSTİTUSİON MAHİYYƏTİ VƏ MƏZMUNU

Əsas Qanunda müdafiə kateqoriyasından
geniş şəkildə və müxtəlif kontekstlərdə

istifadə edilmişdir: Silahlı Qüvvələrin yaradılmasının məqsədi kimi ölkənin öz müdafiəsini
təmin etməsi (9-cu maddənin I hissəsi); mülkiyyətin dövlət tərəfindən müdafiə olunması
(13-cü maddənin I hissəsi); vətəndaşların sosial müdafiəsi (16-cı maddənin I hissəsi); insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi (26-cı maddə); insana qarşı silahdan
istifadə olunmasına qanunla yol verilən istisna kimi zəruri müdafiə (27-ci maddənin IV hissəsi); şəxsi həyata, ailə həyatına qeyri-qanuni müdaxilələrdən müdafiə hüququ (32-ci maddənin II hissəsi); şərəf və ləyaqətin müdafiəsi hüququ (46-cı maddənin I hissəsi); ölkəmizin ərazisindən kənardakı vətəndaşlarımızın hüquqi müdafiəsi (53-cü maddənin III hissəsi); sahibkarlığın dövlət tərəfindən tənzim edilməsinin sferalarından biri kimi insanların həyat və sağlamlığının müdafiəsi (59-cu maddənin II hissəsi); hüquq və azadlıqların inzibati və məhkəmə müdafiəsi(60-cı maddənin I hissəsi); özbaşınalıqdan müdafiə hüququ (68-ci maddə); vətəni müdafiə (76-cı maddənin I hissəsi); parlamentin müəyyən etdiyi ümumi qaydalardan biri kimi müdafiə (94-cü maddənin I hissəsinin 18-ci bəndi); cinayət mühakimə icraatında iştirak edən tərəflərdən biri kimi müdafiə (125-ci maddənin IV hissəsi); mühakimə icraatında cinayət təqibinə məruz qalan şəxsin müdafiə hüququ (127-ci
maddənin VIII hissəsi); prokurorluğun fəaliyyət
istiqamətlərindən biri kimi dövlət ittihamının
müdafiəsi (133-cü maddənin I hissəsi); bələdiyyə
iclaslarının həll etdiyi məsələlərdən biri kimi yerli sosial müdafiə (144-cü maddənin I hissəsinin 7-ci bəndi); bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsi (146- cımaddənin V hissəsi).