Dövrümüzdə elm və texnika sürətlə və 
durmadan inkişaf etməkdədir. Bununla belə, texniki elm sahələrinin və onların nailiyyətlərinin inkişaf templəri ilə humanitar elmlərin, o cümlədən hüquq elminin inkişaf templəri arasında bəzən disbalans müşahidə edilir. 
Süni intellekt və robot sistemlərinin inkişaf 
dinamikası və bu sistemlərlə bağlı hüquq mü-
nasibətlərinin nizamlanmasına dair konsepsiyaların işlənib hazırlanması vəziyyətini buna 
misal göstərmək olar. Belə ki, müasir şəraitdə 
süni intellektə malik robotların yaradılması işi 
günü-gündən irəliləyir və bu robotlar cəmiyyə-
tin həyatına inteqrasiya olunurlar. Başqa sözlə, 
robotların cəmiyyətə inteqrasiyası onları ictimai 
münasibətlərin də bir iştirakçısına çevirir.