20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərindən etibarən beynəlxalq arenada 
beynəlxalq hökumətlərarası təşkilatların sayının 
artmağa başlaması ilə bərabər onların beynəlxalq 
hüquqdakı əhəmiyyəti də xüsusilə önəm kəsb 
etməyə başladı. Çox vaxt həmin beynəlxalq 
hökumətlərarası təşkilatlar müxtəlif qitələrdəki 
ölkələr üçün demokratik davranışın yaradılmasında və ya tanınmasında, beynəlxalq siyasi və 
hərbi mühitin təmin edilməsində (müdafiə xarakterli hərbi profilli təşkilatlar), beynəlxalq 
terrorizmlə mübarizədə, insan hüquqlarının 
müdafiəsində, humanitar hüquq sahəsi və bü-
tün dünyada sülhü qorumaq və demokratiyanı yaymaq, habelə insan hüquqlarına və fərdi azadlıqlara hörmət etmək üçün dövlətlərin birgə 
əməkdaşlığı və davamlı səylərinin tələb olunduğu digər çoxsaylı sahələri əhatə edirlər. Buna 
görə də XXI əsrin əvvəllərindən etibarən beynəlxalq hüququn müxtəlif aspektlərinə bu və ya 
digər şəkildə təsir göstərən, beynəlxalq və ya 
regional siyasi və hüquqi mühitlərdə fərdilik və 
səmərəlilik nümayiş etdirən beynəlxalq hüquqi 
təşkilatların əhəmiyyətin və hüquqi statusunun 
araşdırılmasını başa düşmək vacibdir.