Muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il tarixli Beynəlxalq Konvensiyada (bundan sonra Konvensiya) muzdlu 
hərbçi anlayışı (Maddə 1) iki hissədən ibarətdir: 
Maddə 1(1) və 1(2). Maddə 1(1) beynəlxalq silahlı münaqişələrə aiddir və mahiyyətcə 1949-cu 
il Cenevrə Konvensiyalarına 1977-ci il Əlavə 
I Protokolunun əvvəllər təsvir edilmiş 47-ci 
maddəsini təkrarlayır. Maddə 1(2) insanların 
“hökuməti devirmək və ya dövlətin konstitusiya quruluşunu başqa şəkildə sarsıtmaq və ya 
ərazi bütövlüyünü pozmaq məqsədi daşıyan 
razılaşdırılmış zorakılıq aktında iştirak etmək 
məqsədi ilə işə götürüldüyü hər hansı digər 
vəziyyətə” istinad edir və həmçinin muzdlu 
terminindən istifadə edir [1].