Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ torpaqlarının taleyi ilə 
bağlı ərazi mübahisələrindən ibarət olan və iki 
dövlətin silahlı qüvvələri arasında lokal hərbi 
toqquşmalarda təzahür edən bu münaqişə XX 
əsrin 90-cı illərin əvvəlləri daha da kəskinləşdi 
[5]. Münaqişənin sülh yolu ilə həllinə bir çox 
cəhdlər edildi, lakin heç bir ciddi nəticə əldə 
edilmədi. İlk danışıqlar 1992-ci il mayın 31-də 
Romada aparılmış və bir neçə mərhələdən ibarət 
olmuşdu və həmin ana qədər Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşanı işğal 
etmiş, bütün Dağlıq Qarabağı ələ keçirmiş, 50 
min azərbaycanlı əhalisini deportasiya etmiş-
di.