Mediasiya latınca “mediation” sözündən olub vasitəçilik deməkdir. Mediasiya dünya təcrübəsi ilə meydana gələn hüquqi barışıq strategiyasının növlərindən biridir. 
Başqa sözlə, mediasiya mübahisənin alternativ 
həlli üsulu olmaqla ədalət mühakiməsinə əlçatanlığın digər formalarından biri kimi mübahisədə olan tərəflər arasında qarşılıqlı konsensusa əsaslanan və hər iki tərəfi qane edən qərara 
gəlmək yoludur. Mediasiyanın tətbiq edildiyi 
mübahisələrdən biri də əmək mübahisələri hesab edilir. Əmək mediasiyası işəgötürənlə işçi 
arasında bağlanmış fərdi əmək müqaviləsindən 
irəli gələn mübahisələrin, həmçinin kollektiv 
əmək mübahisələrinin alternativ həlli vasitəsidir. 
Belə ki, əmək mübahisələrinin mediasiya vasitəsilə həlli işəgötürənlə işçi arasında mövcud 
mübahisələrin məhkəmə müdaxiləsi olmadan, 
üçüncü neytral tərəfin (mediatorun) köməyi ilə 
həllinə imkan verir.