Mediasiya latınca “mediation” sözündən olub, vasitəçilik deməkdir. Mediasiya dünya təcrübəsi ilə meydana gələn 
hüquqi barışıq strategiyasının növlərindən biridir. Başqa sözlə, mediasiya mübahisənin alternativ həlli üsulu olmaqla ədalət mühakiməsinə 
əlçatanlığın digər formalarından biri kimi mübahisədə olan tərəflər arasında qarşılıqlı konsensusa əsaslanan və hər iki tərəfi qane edən 
qərara gəlmək yoludur.
Mediasiyanın tətbiq edildiyi mübahisələrdən 
biri kommersiya mübahisələri hesab edilir. 2018-
ci ilin 20 dekabr tarixli “Mediasiya vasitəsilə 
əldə olunmuş beynəlxalq barışıq sazişləri üzrə 
BMT-nin Sinqapur Konvensiyası” kommersiya 
mübahisələrini həll etmək üçün alternativ, effektiv üsul kimi mediasiyanı təşviq edir.