Əhmədov Fərid Ziyat oğlu-MEDİASİYADA BARIŞIQ SAZİŞİNİN TƏTBİQİ VƏ İCRASI MEXANİZMLƏRİ

Mediasiya latınca “mediation” sözündən olub vasitəçilik deməkdir. Mediasiya dünya təcrübəsi ilə meydana gələn hü­quqi barışıq strategiyasının növlərindən biridir.

Başqa sözlə, mediasiya mübahisənin alternativ
həlli üsulu olmaqla ədalət mühakiməsinə əlçatanlığın digər formalarından biri kimi mübahisədə olan tərəflər arasında qarşılıqlı konsensusa əsaslanan və hər iki tərəfi qane edən qərara
gəlmək yoludur. Göründüyü kimi, mediasiya
prosesinin əsas məqsədi məhz tərəfləri barışıq
yoluna gətirməkdir.
Mediasiyada barışıq sazişi mübahisə edən
tərəflər arasında mediasiya prosesi vasitəsilə
əldə edilən, tərəflərin maraqlarının təmininə yönəlmiş hüquqi qüvvəli sənəddir. Məhkəmənin
çıxardığı qərardan fərqli olaraq, mediasiyada barışıq sazişi hər iki tərəfin könüllü razılığı ilə bağ-
lanılır. Bağlanmış barışıq sazişi hüquqi qüvvəyə
malikdir.