Beynəlxalq hüququn milli hüquqda yeri 
həm dövlətin beynəlxalq məsuliyyəti, 
həm də fövqəlmilli təşkilatlara üzvlük baxı-
mından getdikcə daha çox əhəmiyyət kəsb edir. 
Azərbaycan Respublikasının xüsusi hüquq sahəsində iştirak etdiyi çoxtərəfli müqavilələrin 
sayı artmışdır. Eyni mövzuda qanunvericilik 
müddəası varsa, onun həyata keçirilməsinə üstünlük verilir. Uzun illərdir ki, milli hüququn 
yoxsa beynəlxalq hüququn üstünlüyü ilə bağlı 
fikirlər kifayət qədər aydın olmadığından doktrina və məhkəmə qərarlarında müxtəlif fikirlər 
ortaya çıxır. Doktrinada hansı monist və ya dualist baxışın qəbul edilməsindən asılı olmayaraq, 
dövlətlərin beynəlxalq məsuliyyəti baxımından 
məhkəmə təcrübəsinin əhəmiyyəti vurğulanır.