İ
nsan hüquqlarının beynəlxalq hüquqi standartları mürəkkəb institutdur. Bu, eyni zamanda, şəxsiyyətin əsas hüquq və azadlıqlarının 
siyahısı və onların həyata keçirilməsi mexanizmi, 
dövlətlərin onları təmin etmək üzrə vəzifələridir. 
Fərdi hüquq və azadlıqların beynəlxalq hüquqi 
standartları həm universal, həm də regional xarakter daşıya bilər və regional standartlar çox 
vaxt universal standartlardan daha genişdir.
Beynəlxalq sənədlərin müddəaları (1984-
cü ildə qəbul edilmiş Xalqların Sülh hüququ 
haqqında Bəyannamə, 1986-cı ildə qəbul edilmiş İnkişaf hüququ haqqında Bəyannamə) insan 
hüquqlarının siyahısının açıq, tam olmayan və 
davam etdirilə biləcəyini göstərir.