Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu
bölməsi vərəsəlik hüququna həsr olunmuş-
dur (1133-1325-ci maddələr). Bu Məcəllənin
“Vərəsəlik anlayışı” adlanan 1133-cü maddəsinə
əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı
başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya
vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının
qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman
qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən
etibarsız sayılır.
Mülki Məcəllənin “Vərəsələr” başlıqlı 1134-
cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı
vərəsələr miras qoyanın öldüyü məqamda sağ
olmuş şəxslər, habelə miras qoyanın ölümündən
sonra doğulmuş uşaqları ola bilərlər