Əmək hüququnu insan və vətəndaşın əsas 
sosial-iqtisadi hüquqlarından biri kimi 
tədqiq etməzdən öncə, “Əmək nədir?” sualına 
aydınlıq gətirməyi məqsədəmüvafiq hesab edirik. “Azərbaycan dilinin izahlı lüğəti”ndə “əmək 
insanın əqli və cismani gərginlik tələb edən məqsədəuyğun və ictimai faydalı fəaliyyəti” kimi 
müəyyən edilir [2, s. 410]. 
Əmək hər bir insanın həyatının ayrılmaz hissəsidir. İnsan əməksiz mövcud ola bilməz, öz-
özlüyündə əmək isə canlı varlıq olmadan realizə 
oluna bilməz. İnsanın həyatı və fikri kimi onun 
əməyi də təbiidir. Əmək olmadan heç bir canlı 
varlıq yaşaya bilməz. Belə ki, heç olmasa yaşamaq, fiziki və ya əqli qabiliyyəti sərf etmək üçün 
əmək zəruridir.