İ
nsanın təbii hüquqlarından biri kimi əmək
hüququ vətəndaşın əmək sahəsində hüquqi
vəziyyətinin öyrənilməsinə şəxsiyyət yanaşmasını əks etdirən kateqoriyadır. Bu da öz növbəsində qanunvericiliyin təkmilləşdirilməsi zəruriliyini daha yaxşı başa düşməyə imkan verir.
Çünki əmək hüququ insan üçün həyati vacib
olan hüquq sahəsidir. Başqa sözlə, əmək hüququ
insan üçün digər hüquqlarla müqayisədə son
dərəcə müstəsna əhəmiyyəti olan hüquqdur. O,
vətəndaşın hüququ kimi varlığın (mövcudluğun)
səviyyəsini, dərəcə və həcmini xarakterizə edir.
Dövlət məhz bu məqamlarda vətəndaşların əmək
hüquqlarını təmin edir və bu hüquqların təminatçısı olur.
Azərbaycan Respublikası Konstitusiyasına
əsasən əmək hüququ hər bir insana məxsusdur
(konkret hüquq münasibəti xaricində subyektiv
hüquq), lakin hər bir kəs bu hüquqdan, məsələn,
işəgötürən ilə əmək hüquq münasibətinə daxil
olmaqla istifadə edə bilər