Azərbaycan Respublikası vətəndaşlarının 
əsas sosial-iqtisadi hüquqlarından biri 
də istirahət hüququdur. Bu hüquq Azərbaycan 
Respublikasının 1995-ci il Konstitusiyasının 37-
ci, 1948-ci il İnsan hüquqları haqqında Ümumi 
Bəyannamənin 24-cü, 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq 
Paktın 7-ci, 1961-ci il Avropa Sosial Xartiyasının 2-ci maddəsində, habelə Beynəlxalq 
Əmək Təşkilatının (BƏT) bir sıra konvensiyalarında təsbit olunmuşdur. Həmin maddələrin 
məzmununa diqqət yetirməyi məqsədəuyğun 
hesab edirik. Azərbaycan Respublikası Konstitusiyasının “İstirahət hüququ” adlanan 37-ci 
maddəsinin I hissəsinə əsasən, hər kəsin istirahət 
hüququ vardır. Həmin maddənin ikinci hissəsində 
bu hüququn təminatları təsbit olunmuşdur.