Əkbərova Fidan Anar qızı

Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının doktorantı

E-mail: [email protected]

Ünvan: Bakı, Akademik, 33 Zahid Xəlilov küçəsi

UOT 347.51

MÜLKİ HÜQUQDA ƏTRAFDAKILAR ÜÇÜN YÜKSƏK TƏHLÜKƏ YARADAN

FƏALİYYƏTƏ GÖRƏ MƏSULİYYƏT: “RAYLANDS FLETÇERƏ QARŞI”

PRESEDENTİNİN MÜASİR HÜQUQA TƏSİRİ

Müasir cəmiyyətin elmi-texniki inkişafı, sənayeləşmənin sürətlənməsi, nəqliyyat vasitələrinin sayının artması, atom enerjisindən, yüksək gərginlikli elektrik enerjisindən, kimyəvi və partlayıcı maddələrdən geniş istifadə edilməsi insanların həyat və sağlamlığı, əmlakı, habelə ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyət növlərinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirmişdir. Belə fəaliyyətlərin həyata keçirilməsi iqtisadi və sosial inkişafın ayrılmaz tərkib hissəsi olsa da, onların yaratdığı yüksək risk hüquqi məsuliyyət institutunun da yeni yanaşmalar əsasında formalaşmasını zəruri etmişdir. Məhz bu səbəbdən müasir mülki hüquqda təqsir prinsipinə əsaslanan klassik məsuliyyət modeli ilə yanaşı, təqsirsiz məsuliyyət institutu da mühüm əhəmiyyət kəsb edir.

Yüklə