Əkbərova Fidan Anar qızı

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

2-ci kurs magistrantı

E-mail: [email protected]

UOT 342

DİNİ EKSTREMİZMƏ QARŞI CİNAYƏT-HÜQUQİ MÜBARİZƏ VƏ

ONUN PROFİLAKTİKASININ BƏZİ MƏSƏLƏLƏRİ

"Dini ekstremizmə qarşı mübarizə haqqında" 4 dekabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq dini ekstremizm (dini ekstremist fəaliyyət) dedikdə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak edilməsi; terror fəaliyyətinin həyata keçirilməsi;

Yüklə