Əkbərova Fidan Anar qızı-TƏQSİR MÜLKİ HÜQUQ POZUNTUSUNUN ŞƏRTİ KİMİ

Mülki hüquqi məsuliyyətin yaranması-
nın əsası kimi normativ hüquqi aktın və ya müqavilənin tələblərinə zidd olan əməl çıxış edir. Bu əməl hərəkət və ya hərəkətsizlikdə ifadə olunan mülki hüquq pozuntusudur. Daha

dəqiq desək, mülki hüquq pozuntusu dedikdə
şəxsin hüquqi məsuliyyətə səbəb olan təqsirli,
hüquqazidd və zərərli nəticələrə səbəb olan əməli
nəzərdə tutulur. Mülki hüquqi məsuliyyət hüquq
pozuntusuna qarşı bir reaksiya olaraq yaranır.
Mühafizə xarakterli hüquq münasibətlərinin
yaranması məhz mülki hüquq pozuntusu ilə əlaqələndirilir. Bu münasibətlər çərçivəsində hüquq
pozuntusuna yol vermiş şəxsə qarşı konkret məsuliyyət tədbirləri tətbiq edilir.
Hər bir mülki hüquq pozuntusu müəyyən əlamətlərdən ibarətdir. Bu əlamətlərin məcmusu mülki hüquq pozuntusunun tərkibi adlanır. Həmin əlamətlər aşağıdakılardır:
1. hüquqazidd hərəkət və ya hərəkətsizlik;
2. hüquq pozuntusu törədən şəxsin delikt
qabiliyyətli olması;