Əlibəyli Qulamhüseyn Surxay oğlu

Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi

Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33

E-mail: [email protected]

UOT 34.342.53

Özbəkistan Respublikasında parlament nəzarətinİn Konstitusiya hüquqi

nizamlanmasının ümumi səciyyəsi

Özbəkistan Respublikasının Konstitusiyasına görə ölkənin 2 palatalı parlamenti–Özbəkistan Respublikasının Ali Məclisi (Oʻzbekiston Respublikasining Oliy Majlisi) ali dövlət nümayəndəli orqanı olub qanunvericilik hakimiyyətini həyata keçirir. Parlamentin aşağı palatası olan Qanunvericilik palatası ümumi, bərabər, birbaşa seçki hüququ, gizli səsvermə yolu ilə proporsional seçki sistemi əsasında seçilir. Parlamentin yuxarı palatası olan Senat ərazi təmsilçilik orqanıdır. Senatın 56 üzvü Qaraqalpaq Respublikası, Daşkənd şəhəri və vilayətlərin nümayəndəli orqanları tərəfindən (hərəsindən 4 senator olmaqla) həmin orqanların üzvləri sırasından seçilir, 9 üzvü isə Özbəkistanın Prezidenti tərəfindən təyin olunur. Ali Məclis parlamentin ənənəvi funksiyalarını, o cümlədən nəzarət funksiyasını həyata keçirir.

Yüklə