Əlimusayev Emin Nazim oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının doktorantı

E-mail: [email protected]

UOT 349.6

DAYANIQLI İNKİŞAF VƏ YAŞIL SATINALMALAR:

QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ PERSPEKTİVLƏRİ

Giriş. Gələcək nəsilləri təhlükə altına atmadan bugünün ehtiyaclarının ödənilməsi üçün dayanıqlı inkişaf şərtlərinin qanunvericilikdə təsbit edilməsi zəruridir. Məhz bu yolla iqtisadi inkişaf zamanı ətraf mühitə zərər vurulmamasını, resurslardan səmərəli istifadəni təşviq etmək, təbiətin həddən artıq çirklənməsinin qarşısını almaq və iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq mümkündür. Bu səbəbdən dayanıqlılıq şərtlərinin iqtisadi fəaliyyətə inteqrasiya edilməsi yaşıl dünyanın qorunması üçün böyük əhəmiyyət daşıyır.

Son dövrlər ölkəmizdə keçirilən islahatlara nəzər yetirdikdə, bir çox hallarda, bu islahatların ölkənin dayanıqlı inkişafının təmin edilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin təkmilləşdirilməsi, ətraf mühitin qorunması və digər zəruri ekoloji maraqlara hesablandığını müşahidə etmək mümkündür.

Yüklə