Əlimusayev Emin Nazim oğlu


Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının doktorantı

E-poçt: [email protected]

UOT 349.6

EKOLOJİ QANUNVERİCİLİKDƏ STANDARTLAŞDIRMA VƏ

SERTİFİKATLAŞDIRMA: MÖVCUD PROBLEMLƏR VƏ HƏLLİ YOLLAR

Ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafın təmin edilməsində ekoloji hüquqi mexanizm xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bəşəriyyətin iqtisadi fəaliyyətinin yer kürəsinin təbii ehtiyatlarını tükətməsi, təbiəti çirkləndirməsi və iqlim dəyişikliyinə səbəb olması kimi amillər bu sahədə hüquqi tənzimləməni qaçılmaz edir. Çirklənmələri məhdudlaşdırmaq, bioloji müxtəlifliyi qorumaq və dayanıqlı inkişafı təmin etmək üçün dövlətlər ekoloji qanunvericilik aktları qəbul etmiş, bu sahədə müvafiq tənzimləyici çərçivələr yaratmışlar. Lakin sözügedən məqsədlərə nail olunmasında sərt imperativ normalarla yanaşı, könüllü əsaslarla həyata keçirilən ekoloji sertifikatlaşdırma və etiketləmə fəaliyyəti də mühüm rol oynayır.

Yüklə