Əlimusayev Emin Nazim oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının doktorantı

E-mail: [email protected]

ORCİD İD: 0009-0001-2300-0690

UOT 349.6

YAŞIL DÜNYA ÜÇÜN KARBON QİYMƏTQOYMA:

QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ PERSPEKTİVLƏRİ

Yaşıl gələcəyə nail olmaq üçün ekoloji problemlərin düzgün müəyyən edilməsi və onlar üçün effektiv tənzimləmənin həyata keçirilməsi zəruridir. Yaşıllıqların sayının azalması, təbii ehtiyatların tükənməsi, təbiətin çirkləndirilməsi və iqlim dəyişikliyi kimi problemlər nəinki yalnız bəşəriyyətə iqtisadi zərər vurur, eyni zamanda onun gələcək varlığını sual altında qoyur. Belə ki, bir sıra araşdırmalar yaxın keçmişdə ölkəmizin 30 faizdən çox ərazisinin meşələrlə örtüldüyü halda, hazırda bu göstəricinin 3 dəfədən çox azaldığını göstərir [4, s.19]. Əlavə olaraq hesablamalara əsasən, dünya üzrə 2100-cü ilədək dəniz səviyyəsinin artması səbəbindən baş verən sahil daşqınlarına görə itkilərin qlobal ÜDM-in 4%-nə bərabər olması [5, s. 16], 2050-ci ilədək isə yanğınlara görə zərər çəkmiş ərazilərin 2000-ci illə müqayisədə 19% artması proqnozlaşdırılır [6]. Bu səbəbdən, artıq bir neçə on illikdən çoxdur ki, dövlətlər effektiv ekoloji tənzimləmə metodları yaratmış və bu metodları öz qanunvericilik sistemlərinə inteqrasiya etmişlər

Yüklə