Məlum olduğu kimi, keçmiş sovetlər ittifaqının dağılması ərəfəsində, digər 
postsovet ölkələri kimi, Azərbaycan Respublikası da öz tarixi dövlət müstəqilliyini bərpa 
etmiş və ölkədə milli quruculuq işlərinə başlanılmışdır. Lakin bu işlər cəmiyyətdə o dövrlərdə 
getdikcə dərinləşən ictimai-siyasi, sosial-iqtisadi böhranla əlaqədar nisbi və xaotik xarakter 
daşıyırdı. Belə ki, çağdaş tariximizin ən yeni 
və çevik mərhələsində Azərbaycanın qazandı-
ğı müstəqillik sırf formal xarakterə malik olmaqla, dövlət idarəçiliyində və cəmiyyətdəki 
ictimai xaos, tənəzzül, daxili işlər orqanların
dakı qeyri-sağlam ab-hava, çəkişmələr, eləcə də 
-
digər amillərin təsiri nəticəsində ölkədə kriminogen durum tam olaraq nəzarətdən çıxmışdı, 
ümumilikdə isə ölkənin ictimai-siyasi həyatında 
qeyri-sabitlik hökm sürürdü, hərc-mərclik, qar
şıdurma və vətəndaş müharibəsi vəziyyəti yaranmışdı.