Süni intellekt (Sİ) texnologiyaları cəmiyyətin demək olar ki, bütün sahələrində 
dərin və köklü dəyişikliklərə səbəb olmaqdadır. 
Səhiyyədən maliyyə sektoruna, təhsildən hüquqmühafizə orqanlarına qədər geniş tətbiq sahəsinə malik olan Sİ sistemləri bir tərəfdən insan 
həyatını əhəmiyyətli dərəcədə asanlaşdırır və 
cəmiyyətin ümumi rifahını artırır, digər tərəfdən isə bir sıra mürəkkəb etik və hüquqi problemlər 
yaradır.