Sosial təminat sisteminin əsasını təşkil edən 
pensiya təminatı hüquq ədəbiyyatında 
haqlı olaraq sosial təminat hüququnun “nüvəsi” 
adlandırırlar. Pensiyaların növləri sırasında ailə 
başçısının itirilməsinə görə pensiyalar xüsusi əhəmiyyətə malikdir. Ailə başçısını itirməyə 
görə əmək pensiyasının təqdim edilməsi əsası 
ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmişdir. Belə ki, 
Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasının 38-ci maddəsinin üçüncü 
hissəsində hər kəsin ailə başçısını itirdiyi halda 
sosial təminat almaq hüququ təsbit edilmişdir[1]. 
Ailə başçısını itirməyə görə pensiyalar sığortaolunanlar sırasından ailə başçısının vəfat etməsi 
ilə əlaqədar təyin olunur. Bu isə sosial təminat 
sistemində ailənin sosial müdafiəsi istiqamətində 
görülən ən böyük tədbir sayılır [2, s. 358].