Müasir cəmiyyətdə sosial təminat sisteminin əsasını təşkil edən pensiya
sahəsində yaranan münasibətləri tənzim edən normaların məcmusunu təşkil edən pensiya hüququnu hüquq ədəbiyyatında sosial təminat hüququnun “nüvəsi” adlandırırlar [3, s. 21]. “Çox geniş və kütləvi təminat növü” kimi xarakterizə
edilən pensiya həm də ən qədim təminat növüdür
[4, s. 12, 31]. Belə ki, eramızdan əvvəl I əsrdə
Yuli Sezar xidmətini başa vurmuş hərbçilərə
dövlət təminatı müəyyən etmişdir [8] .Pensiya” latın sözü olmaqla hərfi mənası “ödəmə” kimi göstərilir [4, s. 21]. Lakin bütün ödəmələr pensiya ola bilməz. Yalnız müəyyən hüquqi formada həyata keçirilən ödəmələr pensiya hesab oluna bilər. Pensiyanı digər ödəmələrdən fərqləndirən spesifik əlamətləri aşağıdakı kimi xarakterizə edilməlidir:
- birinci, pensiya-dövlət adından pensiya təminatını həyata keçirmək səlahiyyətinə malik
olan müvafiq orqanlar tərəfindən ödənilir;
- ikinci, pensiya-dövlət tərəfindən əmək qabiliyyətsiz (daimi və ya müəyyən müddət ərzində) hesab edilən şəxslərə ödənilir;- üçüncü, pensiya-sosial sığorta stajına malik
olmaqla (o cümlədən işin yerinə yetirildiyi dövrdə baş vermiş bədbəxt hadisə ilə əlaqədar olaraq) bağlıdır və onun məbləği keçmiş əmək haqqı nəzərə alınmaqla müəyyən edilir;
- dördüncü isə, pensiyanın bütün parametrləri (yəni onun verilməsi şərtləri, minimum və maksimum məbləği, keçmiş əmək haqqına münasibətdə səviyyəsi və s.) mərkəzləşmiş qaydada bütün ölkə miqyasında tənzimlənir [1, s. 231-232].