Əliyev Nurulla Arif oğlu,
Milli Müdafiə Universiteti HETİ-nin Humanitar elmlər şöbəsinin professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor
Ünvan: Bakı şəhəri, Qızıl Şərq, 13
E-mail: [email protected]
Həbibova Ziyafət Ziya qızı,
Milli Müdafiə Universiteti HETİ-nin elmi katibi, Humanitar elmlər şöbəsinin professoru, siyasi elmləri doktoru, professor
Ünvan: Bakı şəhəri, Qızıl Şərq, 13
E-mail: [email protected]
UOT: 34:351.86:355
QLOBAL GÜC TRANSFORMASİYASINDA HƏRBİ
AMİL VƏ AZƏRBAYCANIN TƏHLÜKƏSİZLİK MODELİ
Müasir dünya düzəni sistemli qeyri-sabitlik, liberal normativ mexanizmlərin zəifləməsi və sərt güc siyasətinin yenidən aktuallaşması ilə səciyyələnir. Bu dəyişən beynəlxalq mühitdə hərbi güc dövlətlərin suverenliyi, strateji müstəqilliyi və siyasi legitimliyinin əsas determinantlarından biri olaraq qalmaqdadır və onun təmin edilməsində əsas faktor kimi çıxış edir. Soyuq müharibədən sonrakı dönəmdə liberal beynəlxalq nizamın transformasiyası, regional münaqişələrin intensivləşməsi və qeyri-ənənəvi təhlükələrin artması hərbi güc anlayışına yeni məzmun qazandırmışdır.