Bakı Dövlət Universitetinin doktorantı, hüquq üzrə fəlsəfə doktoru
E-mail: [email protected]
UOT 343.2
CİNAYƏT TƏRKİBİNİN KONSTRUKSİYASINDA
ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN YERİ
Cinayət tərkibi (corpus delicti) dedikdə, ayrılıqda götürülmüş hər hansı bir hərəkətin və ya hərəkətsizliyin obyektiv və subyektiv xarakterli elə əlamətlərinin məcmusu başa düşülməlidir ki, onların məcmusu bu hərəkəti və ya hərəkətsizliyi cinayət kimi xarakterizə edə bilsin. Corpus delicti-ni təşkil edən obyektiv və subyektiv xarakterli əlamətlərin əsas cəhəti ondan ibarətdir ki, bu əlamətlər qüvvədə olan cinayət qanunu ilə təsbit edilmiş olmalıdır [3, s. 134; 5, s. 11].
Başqa sözlə, corpus delicti dedikdə, cinayət qanunda törədilməsi cəza təhdidi ilə qadağan edilmiş əməlin (hərəkət, hərəkətsizlik) obyektiv və subyektiv əlamətlərinin məcmusu başa düşülür.