Əliyev Sübhan Fərmayıl oğlu, Məmmədli Lalə Firdovsi qızı

Əliyev Sübhan Fərmayıl oğlu

“Sirius” Vəkil Bürosunun vəkili, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının

professoru, hüquq elmləri doktoru

Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33

E-mail: [email protected]

Məmmədli Lalə Firdovsi qızı

“Sirius” Vəkil Bürosunun vəkili, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin

Akademiyasının müəllimi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ

kafedrasının “İnzibati hüquq, maliyyə hüququ, informasiya hüququ” ixtisaslaşması üzrə doktorantı

Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, 2

E-mail: [email protected]

UOT 342.95

ÖHDƏLİYİN İCRASI İDDİALARI İLƏ BAĞLI MƏHKƏMƏ QƏRARLARININ

İCRASI XÜSUSİYYƏTLƏRİ

İnzibati məhkəmə icraatında çıxarılan qərarların icrası hüquqi müdafiə mexanizminin ən vacib və həlledici mərhələsidir. Məhkəmə qərarının hüquqi qüvvəyə minməsi və formal şəkildə tanınması hüququn təmin olunması üçün yetərli deyil. Bu qərarların real həyatda tətbiq olunması, inzibati orqanların üzərinə düşən konkret hüquqi öhdəlikləri yerinə yetirməsi və vətəndaşların subyektiv hüquqlarının faktiki şəkildə bərpası da zəruridir.

Bu baxımdan icra mərhələsi hüququn aliliyinin təminatçısı kimi çıxış edir və idarəetmənin məsuliyyət daşıması, qanunçuluq prinsipi və effektiv hüquqi müdafiə hüququnun reallaşdırılması baxımından əvəzolunmaz rol oynayır.


Yüklə