İnzibati icraat haqqında” Azərbaycan 
Respublikasının Qanunu inzibati icraatla bağlı yaranan münasibətləri tənzimləyən 
ümumi qanundur. Bu qanunun qəbulu bu sahədə 
mövcud problemlərin həllində mühüm rol oynamış, hüquqi başlanğıcları və əsas istiqamətləri 
əks etdirməklə bütün inzibati orqanlar üçün 
hüquqi vahidliyi təmin etmişdir. Sözügedən qanun iki əsas məqsədi özündə ehtiva edir ki, bunlar hüququn əsas prinsipi və başlanğıcı sayılan 
insan hüquq və azadlıqlarının təmin edilməsi və 
qanunun aliliyidir. Qanunun aliliyi prinsipi inzibati orqanların fəaliyyətinin qanunvericiliyə 
uyğun həyata keçirilməsini əhatə edir.