Dövlət və vətəndaş arasında yaranan 
münasibətlərdə dövlətin geniş və üstün səlahiyyətlərə malik olması dövlət-vətəndaş 
problemlərinin yaranma əsaslarından biri olmuşdur. Hüquqi dövlət ideyasının formalaşdığı 
gündən dövlət-vətəndaş probleminin səmərəli 
həlli yollarının axtarışı başlanılmışdır. Liberaldemokratik ölkələrin təcrübəsindən aydın olur 
ki, dövlət orqanlarının və ya inzibati orqanların fəaliyyətinin vahid icraat qaydasında tənzimlənməsi dövlət hakimiyyətindən sui-istifadənin və vətəndaşların hüquq və azadlıqlarının 
pozulmasının qarşısının alınmasında mühüm təminat vasitəsidir.