Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı
E-mail: [email protected]
UOT 342.61
PROKURORLUĞUN HÜQUQ MÜHAFİZƏ
FƏALİYYƏTİNİN KONSTİTUSİONHÜQUQİ ƏSASLARI
Hüquqi dövlətin təməl prinsiplərindən biri qanunun aliliyi prinsipidir. Qanunun aliliyi, ilk növbədə, konstitusiya normalarına ciddi əməl olunmasında təzahür edir, ona görə də Konstitusiyanın və qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların tələblərinin hüquq pozuntularından qorunması hüquq mühafizə orqanlarının ən mühüm funksiyalarından biridir. Əgər bir ölkədə qəbul edilən qanunlar icra edilməsə, həmin ölkədə hüquqi vəziyyəti sağlamlaşdırmaq, qanunlara əməl olunmasında nizam-intizam yaratmaq mümkün olmaz.
Qanunun aliliyinin təmin edilməsi üçün prokurorluq orqanlarının üzərinə böyük məsuliyyət düşür.