Sürətlə inkişaf edən Süni intellekt texnologiyaları artıq hüquq sisteminə də inteqrasiya edərək ədalət mühakiməsinin təşkili
və həyata keçirilməsi prosesində yeni imkanlar
yaratmaqdadır. Bu imkanların dəyərləndirilməsi
məqsədilə doğru strategiyanın qurulması Süni intellektin hüquqi mahiyyətinin dərk edilməsindən
asılıdır. Süni intellekt – insan intellektinə xas
olan öyrənmək, qərar vermək, nəticə çıxarmaq,
adaptasiya olunmaq kimi funksiyaları texnoloji sistemlər vasitəsilə həyata keçirən alqoritmik proqramlar toplusudur. BMT-nin UNESCO
çərçivəsində qəbul etdiyi “Süni intellektin etik
aspektləri üzrə tövsiyə” sənədində Süni intellekt
– “insan tərəfindən təyin olunmuş məqsədlərə
çatmaq üçün məlumatları təhlil edən və müstəqil
qərarlar verə bilən sistemlər” kimi təqdim edilir
[4].