BDU Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, h.ü.f.d., dosent
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
UOT: 34.336.227
VERGİDƏN YAYINMA İLƏ MÜBARİZƏ ÇƏRÇİVƏSİNDƏ DÖVLƏTLƏRİN
AVTOMATİK İNFORMASİYA MÜBADİLƏSİ: FATCA VƏ CRS NÜMUNƏSİ
Avtomatik məlumat mübadiləsinin tarixi və hüquqi əsasları. Transmilli vergi inzibatçılığı sahəsində əməkdaşlığın tarixi bəzi müəlliflərin fikrincə, 1843-cü ildə Fransa və Belçika arasında imzalanmış ilk ikitərəfli vergi müqaviləsinə qədər uzanır [6]. Həmin saziş əsasən vergi məqsədləri üçün torpaq reyestrləri arasında əmlak sənədləri və məlumatların mübadiləsini nəzərdə tutmuşdur.