Əliyeva Əsmər Əlimusa qızı

BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının müdiri,

h.ü.f.d., dosent.

Ünvan: Akademik Zahid Xəlilov küçəsi, 33

E-mail: [email protected]

UOT - 336.2

QLOBALLAŞMA FONUNDA ARTAN VERGİDƏN YAYINMA PROBLEMİ:

HÜQUQİ HƏLL YOLLARI

Qloballaşma, dəyişdirdiyi strukturlar və sistemlər vasitəsilə milli dövlətin suverenliyini sarsıdır və onu öz prioritetlərini qəbul etməyə məcbur edir. Bu paradoks səbəbindən, milli dövlətin suveren hakimiyyətin həyata keçirilməsində rəqabətdən kənarlaşdırıldığı və ya zərər gördüyü ən vacib sahələrdən biri də onun tətbiq etməyə məcbur olduğu vergi siyasətidir. Vergi strukturundakı transformasiya ilk növbədə vergi siyasəti məqsədlərinin transformasiyasında axtarılmalıdır. Qloballaşma prosesi vasitəsilə iqtisadi səmərəliliyin və fiskal məqsədlərin transformasiyası ilə vergi strukturu birbaşa vergilərdən dolayı vergilərə keçərək kapital vergilərinin azalmasına və əmək vergilərinin artmasına səbəb olmuşdur. Bundan əlavə, qloballaşma səbəbindən beynəlxalq iqtisadi münasibətlərdəki dəyişikliklər suverenlik sahələrində üst-üstə düşmələrə və vergi səlahiyyətlərində münaqişələrə səbəb olmuşdur.

Yüklə