Əliyeva Məleykə İlham qızı

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının “Mülki və təsərrüfat
hüququ” ixtisaslaşması üzrə II kurs magistrantı, “Yasamal-71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində hüquqşünas

E-mail: [email protected]

UOT 347

MÜQAVİLƏ ŞƏRTLƏRİ

Mülki hüquq münasibətlərinin səmərəli və sabit həyata keçirilməsi üçün mülki müqavilələr əsas hüquqi alət kimi çıxış edir. Müqavilənin hüquqi qüvvəyə minməsi və tərəflər üçün məcburi hüquqi nəticələr doğurması onun şərtlərinin düzgün müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – AR MM) 390–422-ci maddələri müqavilə azadlığı, şərtlərin müstəqil müəyyən edilə bilməsi və tərəflərin iradə sərbəstliyinin təmin olunması kimi fundamental prinsipləri ehtiva edir.

Müqavilə şərtləri yalnız tərəflərin hüquq və vəzifələrinin konturlarını müəyyən etmir, həm də iqtisadi münasibətlərin sabitliyini təmin edən normativ çərçivə yaradır. Bu səbəbdən mülki dövriyyənin bütün sahələrində – əmlak dövriyyəsi, xidmət münasibətləri, tikinti sektorunda, kommersiya müqavilələrində – şərtlərin düzgün formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.


Yüklə