Son zamanlar turizm dünyanın ən böyük
iqtisadi sektoru olmuşdur, iş yerlərinin yaradılmasının və vergi gəlirlərinin ən mühüm generatorlarından biridir. Həmçinin sənayeləşmiş
və inkişaf etməkdə olan ölkələr üçün çox
qiymətli gəlir mənbəyidir. Turizm beynəlxalq
münasibətlərdə mühüm yer tutur: planetdə 7
milyard insandan hər il təxminən 1 milyard turist xarici ölkələrə səfər edir. Dövlətlər turizmin qlobal siyasi və iqtisadi amillərə təsirini və
əhəmiyyətini qəbul edərək, turizm sferasında
olan maneələri azaldırlar.