Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının
“Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşması üzrə II kurs magistrantı
E-mail: [email protected]
UOT 341.63:341.176:339.727
İNVESTOR–DÖVLƏT ARBİTRAJINDA ŞƏFFAFLIĞIN BEYNƏLXALQ HÜQUQİ
STANDARTLARI VƏ SƏRMAYƏ CƏLBEDİCİLİYİNƏ TƏSİRİ
Müasir dövrdə xarici sərmayənin cəlbi dövlətlərin iqtisadi strategiyasının əsas komponentlərindən biri olmaqda davam edir. Bununla belə, investorun qərarı təkcə vergi, gömrük və ya maliyyə güzəştlərindən asılı deyil. Hüquqi mühitin aydınlığı, sabitliyi və dövlət orqanlarının davranışının proqnozlaşdırıla bilməsi də ən azı həmin təşviqlər qədər əhəmiyyətlidir. Dünya Bankının 2021-ci il tədqiqatında göstərilir ki, şəffaf, proqnozlaşdırıla bilən və açıq tənzimləyici mühit xarici investisiyanın cəlb olunması və saxlanılması üçün həlledici amildir [14]. Eyni vaxtda, UNCTAD-ın 2025-ci il Dünya İnvestisiya Hesabatı 2024-cü ildə qlobal birbaşa xarici investisiyanın 11 faiz azaldığını qeyd edir ki, bu da investisiya üçün rəqabətdə hüquqi keyfiyyət və sabitlik meyarlarının rolunu daha da artırır [13].