Mülkiyyət hüququnun itirilməsi, ilk növbədə, bu hüququn yaranma əsasları 
ilə bağlıdır. Çünki mövcud olmayan hüququn 
ləğvindən və ya itirilməsindən danışmaq mənasız 
olardı. Mülkiyyət hüququnun yaranmasının 
əsasında hüquqi faktlar dayanır. Hüquqi faktlar 
dedikdə, müəyyən hüquq münasibətlərinin, konkret halda isə mülkiyyət hüquq münasibətlərinin 
yaranmasına, dəyişməsinə və ya xitam olunmasına səbəb olan hallar başa düşülür.