Konstitusion hüquq kimi təsbit olunan 
əmək hüququnu həyata keçirən hər bir 
vətəndaş əmək müqaviləsi bağladığı andan əmək 
hüquq münasibətlərinə daxil olur. Dövlətin mü-
hüm prioritetlərindən biri kimi işçilər üçün 
əlverişli əmək şəraiti sisteminin yaradılması, 
vətəndaşların sosial-əmək münasibətləri sahəsində hüquqlarının qorunması çıxış edir. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyasında fərdi əmək mübahisələrinin qanunla 
müəyyənləşdirilmiş qaydada həll edilməsi ilə 
bağlı normalar öz əksini tapmışdır.