Əməyin mühafizəsi insanların ən əsas
və təməl hüquqlarından biridir. Həmçinin, əməyin mühafizəsi sabit və uğurlu əmək
fəaliyyətini tənzimləyən mühüm şərtdir. Bu baxımdan onun həm hüquqi, həm də iqtisadi cəhətdən əhəmiyyəti vacibdir. Əməyin mühafizəsinin iqtisadi əhəmiyyəti bunda ifadə olunur ki,
əmək şəraitini yaxşılaşdırmaqla, birincisi, əmək
məhsuldarlığının artırılmasına, bu da öz növbəsində, istehsalın və iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə, ikincisi, sosial sığorta
vəsaitlərinin qənaət olunmasına və işçilərin istehsalat zədələnməsi və xəstələnməsi hallarının
sayının aşağı salınması hesabına iş vaxtı itkisinin
azaldılmasına köməklik göstərir.
Hüquqi baxımdan əhəmiyyəti isə ondan ibarətdir ki, əmək münasibəti iştirakçılarının hüquq
və vəzifələrinin kompleksini və məsuliyyətini
təsbit edir və bununla da işçinin əməyin mühafizəsi hüququnun hüquqi status təminatlarını
yaradır [5, s. 352].