Əsgərxanov Ramazan Mahir oğlu


Türkiyə Respublikası Ankara Universitetinin Hüquq fakültəsinin Xüsusi hüquq kafedrasının

“Mülki hüquq” ixtisaslaşması üzrə II kurs magistrantı

E-mail: [email protected]

UOT 347

“ŞƏXSİYYƏT HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI

ALİ MƏHKƏMƏSİNİN 24.12.2025-Cİ İL TARİXLİ PLENUM QƏRARININ ELMİ-PRAKTİKİ TƏHLİLİ

I. Şəxsiyyət hüquqlarının müdafiəsi zərurəti

Şəxsiyyət hüquqları anlayışının, əhatə dairəsinin müəyyən edilməsi məhkəmə təcrübəsi, mülki hüquq nəzəriyyələri üçün olduqca mühümdür. Azərbaycan Respublikası mülki hüquq nəzəriyyəsində şəxsiyyət hüquqlarına leqal anlayış verilməmişdir. Bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.12.2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum Qərarını (bundan sonra – Ali Məhkəmənin 24.12.2025-ci il tarixli Plenum Qərarı) şəxsiyyət hüquqlarının anlayışı, əhatə dairəsinin müəyyən edilməsi baxımından uğurlu hesab edirik. Doktrinada şəxsiyyət hüquqları dedikdə, cəmiyyət içərisində şəxsin hörmətini, onun şəxsiyyət kimi formalaşmasını şərtləndirən hüquqlar nəzərdə tutulur [8, s. 49]. Şəxsiyyət hüquqlarının əhatə dairəsi olduqca genişdir, onların hər birinin müəyyən olunması çətindir. Buna baxmayaraq Ali Məhkəmənin 24.12.2025-ci il tarixli Plenum Qərarında bir çox şəxsiyyət hüquqları, onların pozulması ilə bağlı hallar qeyd edilmişdir. Həmçinin bəzi hüquqlar fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərə də aid edilmişdir. Düşünürük ki, hüquqi şəxslərin mənsub olduğu bəzi hüquqların Ali Məhkəmənin 24.12.2025-ci il tarixli Plenum Qərarında qeyd edilməsi istər mülki, istərsə də kommersiya mübahisələrinin həlli baxımından mühüm əhəmiyyət daşıyacaqdır.

Yüklə