Hüququn aliliyinə riayət etmək müasir demokratiyanın əsasını təşkil edir. Demokratik bir dövlətin mövcudluğu böyük ölçüdə 
siyasi liderlərin və hökumətin öz vəzifə səlahiyyətlərini lazımi qaydada yerinə yetirməsindən asılıdır. Bununla yanaşı, hüququnun 
üstünlüyünü qəbul edən və qoruyan güclü və 
demokratik bir cəmiyyət təkcə siyasi qurumları idarə edənlərin iradəsinə etibar edərək öz dayanıqlılığını təmin edə bilməz. Siyasi gücdən 
sui-istifadə edilməsindən və əsas demokratik 
prinsiplərin aşılmasından qaynaqlanan potensial 
təhdidlərə qarşı cəmiyyətin effektiv şəkildə qorunması, digər vasitələrlə yanaşı, müəyyən bir 
nəzarət və tarazlıq sisteminin mövcudluğundan 
asılıdır. Məhkəmənin və vəkillərin müstəqilliyi 
bu sistemin təməl daşıdır.