Əzimzadə Rüstəm Eyvaz oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Kommersiya hüququ” ixtisaslaşması üzrə magistrantı

E-mail: [email protected]

UOT 347

AZƏRBAYCAN RESPUBLİKASINDA ELEKTRON MÜQAVİLƏLƏRİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ

Azərbaycan Respublikasında elektron müqavilələrin hüquqi tənzimlənməsi müasir rəqəmsal dövrdə hüquqi münasibətlərin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Elektron müqavilələr artıq yalnız texnoloji yenilik deyil, həm də hüquqi baxımdan etibarlı sənəd növü kimi qəbul edilir. Bu sahənin hüquqi tənzimlənməsi əsasən iki əsas qanunvericilik aktı ilə həyata keçirilir.

Birincisi, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu elektron sənədlərin və elektron imzaların hüquqi statusunu müəyyən edən əsas normativ aktdır. Qanun elektron imzanın və elektron sənədin yaradılması, istifadəsi və dövriyyəsi ilə bağlı hüquqi və təşkilati əsasları, eləcə də bu sahədə iştirak edən subyektlərin hüquq və vəzifələrini tənzimləyir. Normativ aktda elektron imzanın hüquqi nəticələr doğurduğu, müəyyən hallarda isə əl ilə qoyulan imza ilə eyni hüquqi qüvvəyə malik olduğu təsbit olunur və onun yalnız elektron formada olması səbəbilə etibarsız hesab edilməsi yolverilməz sayılır [1].


Yüklə