Nikahın bağlanması nəticəsində ər-arvad
arasında müəyyən şəxsi və əmlak münasibətlərini tənzimləyən hüquq və vəzifələrin
əmələ gəldiyi kimi, nikahın pozulması nəticəsində
müvafiq hüquq və vəzifələrin bitməsi də baş verir
[4, s. 155]. Azərbaycan Respublikasının qüvvədə
olan Ailə Məcəlləsinin 14.2-ci maddəsinə əsasən,
rəsmi nikahda olan ər və ya arvadın və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan
hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi
əsasında nikaha xitam verilə bilər.