h.ü.f.d., Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müəllimi
Ünvan: AZ1045, Bakı şəhəri, Mərdəkan prospekti, 30
E-mail: [email protected]
UOT 343.21:069(091)(07)
MƏDƏNİ İRSİN QORUNMASINA CİNAYƏT-HÜQUQİ YANAŞMANIN
TƏKAMÜLÜ: TARİXİ İLKİN ŞƏRTLƏR VƏ FORMALAŞMA MƏRHƏLƏLƏRİ
Mədəni irsin qorunması məsələləri ictimai və hüquqi münasibətlər sistemində xüsusi yer tutur, çünki mədəni dəyərlər bəşəriyyətin tarixi inkişaf prosesini əks etdirməklə yanaşı, həm də milli kimliyin, mənəvi zənginliyin və xalqların mədəni müxtəlifliyinin mühüm tərkib hissəsini təşkil edir. Mədəni irsin itirilməsi – istər silahlı münaqişələr, təbii fəlakətlər, qanunsuz fəaliyyət, istərsə də səhlənkarlıq nəticəsində baş versin – cəmiyyət üçün bərpaolunmaz nəticələr doğurur, onun tarixi yaddaşını və mədəni şüurunu zəiflədir. Bu kontekstdə məhz cinayət hüququ mədəni dəyərləri ictimai təhlükəli təcavüzlərdən qoruyan ən sərt və təsirli