Feyzullayeva Simuzər Rafiq qızı-ŞƏXSİ QEYRİ-ƏMLAK HÜQUQLARININ MÜDAFİƏSİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ

Giriş. Mülki hüquqla tənzimlənən ictimai münasibətlər mülki hüququn əsas

predmetini təşkil edir. Bu münasibətlər iki əsas
kateqoriyaya bölünür. Birinci kateqoriya əm­lak münasibətləridir. Bu münasibətlər insanlar
arasında iqtisadi dəyərə malik maddi və qeyri-maddi nemətlərin mübadiləsindən yaranır.
İkinci kateqoriya isə qeyri-əmlak (qeyri-maddi) münasibətləridir. Bu münasibətlər, sahi­­binin şəxsiyyəti ilə sıx bağlı olduğuna görə özgəninkiləşdirilə və bir şəxsdən digərinə keçə
bilməz. Buna görə də bu nemətlərlə bağlı münasibətlər əsasən hüquqa zidd müdaxilələrdən
qorunmağa yönəlir. Məsələn, vətəndaşların və
təşkilatların şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi, ad və şəxsiyyət hüququ, bədən
toxunulmazlığı, şəxsi həyat sirri, eləcə də elm,
ədəbiyyat və incəsənət sahəsində müəlliflik hüququ bu münasibətlərə daxildir [1, s. 30].