hüquq üzrə fəlsəfə doktoru, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Hüquq departamentinin
Qeydiyyat və məhkəmələrlə iş şöbəsinin müdiri
E-mail: [email protected]
UOT 343
ŞƏXSİYYƏTİN ANLAYIŞI: CİNAYƏTHÜQUQİ
MÜHAFİZƏNİN OBYEKTİ KONTEKSTİNDƏ
«Şəxsiyyət» sözü ilk başlanğıcda aktyorun geyindiyi maskanın, bir müddət sonra aktyorun özünün və oynadığı rolunun ifadəsi üçün işlədilmişdir. Sivilizasiyanın daha sonrakı dövrlərində isə bu sözdən insanın həyatda oynadığı real rolunun, tutduğu mövqeyinin ifadəsi üçün istifadə olunmuşdur. Bu baxımdan «şəxsiyyət» istilahının əsl mahiyyətinin dərki üçün, ilk növbədə, fəlsəfi, sosial-psixoloji məsələlərə müraciət olunmalıdır. Fikrimizcə, bu anlayışa yalnız birgəyaşayış kimi deyil, həm də elmi kateqoriya kimi baxılmalıdır.