Hacıyev Həbib Bəhruz oğlu

hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin doktorantı

E-mail: [email protected]

UOT 34:004.738:343.23

AZƏRBAYCAN RESPUBLİKASINDA ELEKTRON İDARƏETMƏ:

CİNAYƏT-PROSESSUAL FƏALİYYƏT KONTEKSTİNDƏ

Sovet Sosialist Respublikaları İttifaqının dağılması, Azərbaycan xalqının milli azadlıq mübarizəsi və dünyanın demokratik qüvvələrinin dəstəyi sayəsində Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bərpa etmişdir. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında sosialist ictimai quruluşundan imtina edilmiş, inkişafın sosial yönlü bazar iqtisadiyyatı və demokratik vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu yolu seçilmişdir.

Yüklə