Hacıyev Həbib Bəhruz oğlu

hüquq üzrə fəlsəfə doktoru, SOCAR-ın Qaz İxrac İdarəsinin Hüquq şöbəsinin rəisi

E-mail: [email protected]

UOT 342.9

KİBERTƏHLÜKƏSİZLİYİN ANLAYIŞI: MİLLİ

TƏHLÜKƏSİZLİKLƏ BAĞLI MÜDDƏALAR KONTEKS

Təhlükəsizlik ideyası hər bir dövləti və cəmiyyəti, o cümlədən gələcək nəsilləri düşündürən, insanların zəruri ehtiyaclarının ödənilməsinin təmin edilməsinə yönəlmiş davamlı və inklüziv inkişafın mərkəzi mövzularından biridir. Bu mövzuya beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərdə daimi istinadların edilməsi də onun kifayət qədər aktual olduğunu təsdiq edir. Nümunə olaraq BMT Baş Assambleyasının 20 noyabr 1963-cü il tarixdə keçirilmiş 1261-ci plenar iclasında 1904 (XVIII) saylı qətnamə ilə qəbul edilmiş “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannamə”, 1965-ci il dekabrın 7-də BMT Baş Assambleyasının 2037 (XX) saylı qətnaməsi ilə qəbul edilmiş “Sülh, xalqlar arasında qarşılıqlı hörmət və anlaşma ideallarının gənclər arasında yayılması haqqında Bəyannamə”, “Kibercinayətkarlıq haqqında” 2001-ci il noyabrın 23-də Budapeştdə imzalanmış Konvensiya və s. göstərilə bilər.

Yüklə