Hacıyeva Gülsüm Namiq qızı

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
II kurs magistrantı, “Yeni Klinika” publik hüquqi şəxsi

E-mail: [email protected]

UOT 342.9

İNZİBATİ MƏHKƏMƏDƏ HAZIRLIQ İCRAATI

Son dövrlərdə ölkəmizdə həyata keçirilən bir sıra islahatlar nəticəsində inzibati hüquq sahəsi əhəmiyyətli dərəcədə dəyişikliklərə məruz qalmış, vətəndaş nəzarəti, inzibati ədliyyə və inzibati məhkəmə icraatı kimi institutlar isə xüsusi aktuallıq kəsb etməyə başlamışdır. Sözügedən islahatlar dövləti daha çox sosial ziddiyyətləri aradan qaldıran funksiyaya malik orqanizmə çevirmiş, demokratik prinsip və dəyərlər isə daha çox ön plana çıxmağa başlamışdır. Xüsusilə də demokratik, hüquqi dövlət quruculuğu və səmərəli idarəetmə sisteminin formalaşdırılması məqsədilə aparılan ardıcıl və məqsədyönlü tədbirlər müasir dövrümüzdə inzibati məhkəmə icraatının inzibati hüququn aktual institutlarından birinə çevrilməsinə səbəb olmuşdur [6, s. 14].

Yüklə